Dünya futboluDigər

Tramp “Yuve” ilə görüşdə bəyan etdi: Ölkəyə bu oğlanlar kimi gəlməlisiniz

ABŞ prezidenti Donald Tramp “Yuventus”la görüşdə ölkəyə qanuni giriş haqda danışıb.

Aut.az xəbər verir ki, Turin komandası klublararası dünya çempionatında ilk oyundan əvvəl Ağ Evdə ABŞ prezidenti ilə görüşüb.

“İnsanlar qanuni yolla ölkəyə gəlməlidirlər. Mənim arxamdakı bu uşaqlar kimi. Qanuni yolla gəlməlidirlər. Əgər qanuni yolla gəlirlərsə, biz onları istəyirik. Onlar Amerikanı sevdiklərini, ölkəmizi sevdiklərini söyləməlidirlər. Əgər bunu deyə bilməsələr, bizə lazım deyillər”, – Donald Tramp arxasındakı oyunçuları – Uiston Makkeni, Timoti Vea, Duşan Vlahovic və Manuel Lokatellini işarə edərək deyib.

Aut.az