Dünya futbolu

Ronaldo tövsiyə etdi: Onu gətirin

Kriştiano Ronaldonun klubu “Əl Nəsr” Rudi Qarsiya ilə əməkdaşlığı dayandırdıqdan sonra yeni baş məşqçi axtarışına çıxıb.

Daha əvvəl bildirilmişdi ki, klub hazırda braziliya “Botafoqo”su ilə əməkdaşlıq edən “Şaxtyor”un sabiq çalışdırıcısı Luis Kastronun namizədliyini nəzərdən keçirir.

“Footmercato”nun məlumatına görə, Kastronun namizədliyini “Əl-Nəsr”ə Ronaldonun özü tövsiyə edib. O, həmyerlisini komandanın yeni məşqçisi kimi görmək istəyir. Kastronun özü də “Ən-Nəsrə” rəhbərlik etməyə hazırdır.

Aut.az