İşləsin, işləməsin? – Qərar qəbul edə bilmir
Almaniya Futbol Federasiyasında (DFB) belə təəssürat yaranıb ki, Yulian Naqelsmann hələ də Almaniya millisində işləyib-işləməməklə bağlı qərar qəbul etməyib.
Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
“Bavariya”nın sabiq baş məşqçisi bilir ki, evdə keçiriləcək böyük bir turnirdə komandanı idarə etmək, çox güman ki, həyatda bir dəfə olacaq bir fürsətdir. DFB-nin planı Naqelsmannla DÇ-2026-ya qədər müqavilə verməkdir.
Əgər o, təklifi rədd edərsə, alternativlər Lui van Qaal , Oliver Qlasner və Stefan Kunts olacaq .
Almaniyada Avropa çempionatı 2024-cü ilin iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Turnirə 10 stadion və 10 şəhər ev sahibliyi edəcək.
Aut.az
