Bu keçidi demək olar ki, həll ediblər
“Napoli”nin müdafiəçisi Kim Min Ce “Bavariya”ya keçməyə yaxındır.
Aut.az xəbər verir ki, bu barədə “Twitter”də jurnalist Florian Plettenberq məlumat verib.
“Bavariya” transferin tezliklə baş tutacağına əmindir, rəhbərlik müqaviləyə yaşıl işıq yandırıb. Transferin 60 milyon avrodan az olacağı gözlənilir.
Kim Min Ce 2022-ci ilin iyulunda “Napoli”yə keçib. İtaliya klubu koreyalıya görə “Fənərbaxça”ya 18,05 milyon avro ödəyib. Keçən mövsüm Kim neapolluların heyətində 45 oyun keçirib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
