İtaliya

Neapollulardan de Bruyneyə jest: Onun şərəfinə… – VİDEO

Futbol dünyasında Kevin De Bruynenin “Napoli”yə transferi ətrafında qızğın müzakirələr davam edərkən, italyanlar məsələyə özünəməxsus yumor və yaradıcılıqla yanaşıblar.

Aut.az xəbər verir ki, Neapolda bir dondurma satıcısının hazırladığı yeni məhsul ulduz futbolçunun şərəfinə  “Kevin De Brownie” adlandırılıb. Onun bununla bağlı çəkdiyi video sosial şəbəkələrdə sürətlə yayılmağa başlayıb. Vitrinində bu adla tablosu olan dondurma fanatlar arasında böyük maraq doğurub və alıcılar onu həvəslə dadırlar.

“TikTok” və “Instagram” istifadəçiləri artıq həmin videonu kütləvi şəkildə paylaşır, görüntü isə yüz minlərlə baxış və yüzlərlə şərh toplayıb.

Xatırladaq ki, 33 yaşlı belçikalı ulduz 10 il forma geyindiyi “Mançester Siti”dən ayrılaraq azad agent kimi “Napoli”yə keçib. De Bruyne neapollularla 2+1 illik müqavilə imzalayıb.

Aut.az

@cbssportsgolazo Kevin De Bruyne has made his mark in Napoli 😅 🎥 @Antonio Cafiero #soccer #football #seriea #napoli #gelato #kevindebruyne ♬ original sound – footballs back 😍