İtaliya

Onun qovulması “Yuventus”a neçəyə başa gələcək?

İtaliyanın “Yuventus” klubunun komandanın baş məşqçisi Tiaqo Motta ilə müqaviləni birtərəfli qaydada pozduğuna görə ona nə qədər pul ödəyəcəyi məlum olub.

Daha əvvəl mətbuatda Turin klubunun mütəxəssislə əməkdaşlığa xitam vermək qərarına gəldiyi bildirilirdi.

Aut.az xəbər verir ki, “Calciomercato”nun məlumatına görə, “qoca sinyora”nın Mottanın qovulması üçün ümumi xərcləri 20 milyon avro təşkil edəcək.

Xatırladaq ki, Tiaqo Motta cari mövsümdən “Yuventus”u çalışdırır. A Seriyasının son mövsümündə məşqçi 4-cü yeri tutduğu və UEFA Çempionlar Liqasına vəsiqə qazandığı “Bolonya”da çalışıb. Keçən yay Motta “Yuventus”la mövsümə 5 milyon avro maaşla üç illik müqavilə imzalayıb.

Mənbənin sözlərinə görə, mütəxəssisin Turin klubu ilə müqaviləsində “Yuventus” onu müqavilənin ikinci ilinin sonuna qədər qovmaq qərarına gələrsə, əlavə təzminatla bağlı xüsusi bənd var.

Aut.az