“İnter” “Latsio”nun liderini hədəfə alıb: Qiyməti bəllidir
“Latsio”nun və Danimarka yığmasının sağ cinah oyunçusu Qustav İsaksen “İnter”ə keçə bilər.
Aut.az xəbər verir ki, “La Repubblica”nın məlumatına görə, Milan klubunun rəhbərliyi yay transfer pəncərəsində müqaviləni tamamlamağı planlaşdırır.
Mənbənin məlumatına görə, “İnter”in baş məşqçisi Simone İnzaqi danimarkalını 3-5-2 sxemində sağ yarımmüdafiəçi rolunda görür. Bildirilir ki, “Latsio” 40 milyon avrodan başlayan təklifləri nəzərdən keçirməyə hazırdır.
Qustav İsaksen 2023-cü ilin avqustunda Danimarkanın “Midtyulland” klubundan “Latsio”ya keçib. Romalılar futbolçunun transferi üçün 13,4 milyon avro ödəyiblər.
Aut.az
