Avropa Liqasıİngiltərəİtaliya

Romalılar kraliçanı təhqir etmişdilər, ingilislər belə cavab verdilər – FOTO

Martın 14-də Avropa Liqasının 1/8 finalında “Brayton” “Roma”nı qəbul edib.

İlk görüşdə inamlı qələbə qazanan (4:0) İtaliya klubu səfərdə minimal hesabla məğlub olub.

Qeyd edək ki, bir həftə əvvəl “Stadio Olimpico”da İtaliya klubunun azarkeşləri Böyük Britaniyanın mərhum kraliçasını təhqir edən pankart açmışdılar.

Aut.az xəbər verir ki, “Brayton” fanatları buna cavab vermək qərarına gəliblər. Amma bunu daha zərif şəkildə ediblər:

“Totti pizzada ananası sevir”.

Qeyd edək ki, Françesko Totti bütün karyerası boyu “Roma”da oynayıb. Onu “Roma İmperatoru” da adlandırırlar. İtalyanlar pizzada ananasa da nifrət edirlər.

Romalılar kraliçanı təhqir etmişdilər, ingilislər belə cavab verdilər – FOTO

Aut.az