İngiltərəAlmaniya

“Liverpul” “yeni Kross”u hədəfə aldı

“Liverpul” Avropa mətbuatının “Real Madrid”in keçmiş yarımmüdafiəçisi Toni Kroosla müqayisə etdiyi “Ştutqart”ın 23 yaşlı yarımmüdafiəçisi Angelo Stillerlə maraqlanır.

Aut.az xəbər veririk, bu barədə jurnalist Kristian Falk məlumat yayıb.

Mənbənin məlumatına görə, alman futbolçunun müqaviləsində 2026-cı ildə qüvvəyə minəcək 36 milyon avroluq sərbəst qalma maddəsi var. Bununla belə, “mersisaydlılar” gələn yay Stilleri almaq üçün cəhd edə bilər, lakin daha böyük məbləğə.

Stiller bu mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 32 milyon avrodur.

Aut.az