İngiltərəİspaniya

Qvardiola “Real”ın ulduzunu “oğurlamaq” istəyir? – 150 milyonluq plan

“Real”ın ulduz vingeri Vinisius Juniorun müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Aut.az xəbər verir ki, İspaniya mətbuatının məlumatına görə, Madrid klubu bu yay braziliyalı ilə yeni sözləşmə imzalamağa çalışsa da, futbolçunun yüksək maliyyə tələbləri razılığın əldə olunmasına mane olub.

“Real” Vinisiusa yüksək məbləğ ödəməkdən imtina edib. Razılaşma baş tutmasa, braziliyalı vingerin transferi 2026-cı ilin yayında mümkün ola bilər. Bu vəziyyətdən isə “Mançester Siti” istifadə etməyə hazırdır. Pep Qvardiola şəxsi olaraq Vinisiusu İngiltərəyə dəvət etmək niyyətindədir.

“Şəhərlilər” braziliyalı superulduz üçün 150 milyon avro təklif etməyə hazırlaşır.