İbranı buna görə müşavir təyin edibmiş: Bununla demək istədim ki…
“Milan”ın sahibi Cerri Kardinale Zlatan İbrahimoviçi müşavir təyin etməsi haqda danışıb.
Aut.az xəbər verir ki, onun sözlərini “Milan News” sitat gətirib.
“Yəqin ki, insanların çoxu onun təyinatını “vitrin” hesab edirdi və ya məni məşhurları sevən sahibi kimi düşünürdü. Tam əksi idi. Mən bizi daha yaxşı edə biləcək dünya səviyyəli insanları axtarıram. Zlatanla demək istədim ki, biz fərqli işlər görəcəyik, çünki bu resursları daha yaxşı idarə etmək üçün innovasiyalara ehtiyac var.
Ona görə də mən onu RedBird ( RedBird Capital Partners investisiya fondu) üçün Milanda əməliyyat tərəfdaşı və məsələlər üzrə baş məsləhətçi kimi işə götürdüm”, – Kardinal bildirib.
Xatırladaq ki, 42 yaşlı İbrahimoviç 2023-cü ilin yayında karyerasını başa vurduğunu açıqlamışdı.
Aut.az
