“Yuventus”un əfsanəsi ABŞ klubunu aldı
“Yuventus”un və İtaliya yığmasının sabiq müdafiəçisi Corco Kellini “Los-Anceles”in ortaq sahibi olub.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Fabritsio Romano məlumat verib.
Kellini 2022-2023-cü illərdə “Los-Anceles”də çıxış edib. Bu komandanın heyətində 45 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, komandanın heyətində çempionatın qalibi və MLS kubokunun sahibi olub.
Kellini hazırda “Yuventus”un futbol strategiyasının direktoru vəzifəsində çalışır. O, 2005-2022-ci illərdə “Yuventus”da çıxış edib.
Aut.az
