Martinezin jesti təkrarlandı: Bu dəfə xanımları… – FOTOLAR
Argentina millsiinin qolkiperi Emiliano Martinezin DÇ-2022-nin final oyunundan sonra ən yaxşı qapıçı mükafatını aldığı zaman etdiyi jest gündəmdən düşmək bilmir.
Aut.az xəbər verir ki, üstündən 3 ay keçməsinə baxmayaraq bu hadisə yenə təkrarlanıb. Bu dəfə Argentina millisinin Panama ilə yoldaşlıq oyunundan sonra.

Martinez bir neçə komanda yoldaşı ilə birlikdə meydançada həmin jesti təkrar edib. Ancaq oyundan sonra məlum olub ki, bu, stadiondakı ilk belə hal deyil.
Nə qədər təəccüblü olsa da, futbolçuların xanımları da bunu ediblər. Martinezin həyat yoldaşı digər oyunçuların xanımlarını başına toplayaraq həmin jesti təkrarlayıb.

Fotoda soldan sağa yer alanlar: Markus Akunyanın, Niko Talyafikonun, Quido Rodrigezin, Jeronimo Rulyanın və Emiliano Martinezin xanımları.
