Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə bərbad başladı. Əslində bunda təəccüblü heç nə yox idi. Yığma həmən yığmadır. Xalqın alışdığı, gördüyü, tanıdığı yığma.
Amma qarşılaşmadan əvvəl kimlərsə nələrsə gözləyirmiş.
Yığmanın ardıcıl 5 oyunda qələbə qazanması hansısa utopiklərə inam veribmiş.
Əslində yığma Avstriyada qalib gələ bilərmiş. Amma bunun qarşısını alan tutarlı səbəb var. Nə imiş o səbəb? Avstriya ilə oyundan sonra Şamaxı rəsədxanasının əməkdaşları ulduzların düzülüşünü analiz ediblər və bəlli olub ki, yığmanı yıxan AFFA prezidenti Rövnəq Abdullayevin “xeyir-dua”sı olub.
Oyundan əvvəl Rövnəq Abdullayev millinin düşərgəsində olmuşdu axı. Məhz bu amil ulduzları qəzəbləndirib. Bu bədayağın yığmanı “ziyarət” etməsi Azərbaycanı bədbəxt edib.
Rövnəq Abdullayevin nə qədər bədayaq olduğunu SOCAR-ın keçmişinə baxmaqla ayırd etmək olar . Ulduzlar deyir ki, bu adam SOCAR-ın prezidenti olduğu dövrdə bütün dünyaya neft və qaz satan şirkət daim zərərlə işləyib.
Onu SOCAR-dan uzaqlaşdırıblar, indi şirkət gəlir üzü görür.
Yəni ulduzlar deyir ki, özünüzə əl qatmayın, nə qədər ki, bu bədayaq adam AFFA prezidentidir, sizin milliniz uğur üzünə həsrət qalacaq.
Biz heç, bizə inanmayın, heç olmasa, ulduzların ağzını boza verməyin.
Natiq Muxtarlı