Dövlət tərəfindən klublara verilən maliyyə artırılacaq: Sanballı məbləğ
Dövlət tərəfindən AFFA vasitəsilə klublara ödənilən mövsümlük maliyyə yardımının məbləği artırılacaq.
Aut.az-ın əldə etdiyi məlumata görə, bundan sonra klublara hər mövsüm üçün 3 deyil, 4 milyon manat ödəniləcək.
Bu qərar yeni mövsümdən qüvvəyə minəcək. Həmişə olduğu kimi vəsait bəzi kriteyalar əsasında veriləcək.
Onu da deyək ki, birinci divizionda iştirak edəcək komandalara veriləcək məbləğ də artırılacaq. Amma bu məbləğin nə qədər olacağı hələ dəqiqləşməyib.
Aut.az
