“Qarabağ” və “Neftçi” gerilədi, “Zirə” ilə “Sabah” isə…
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Aut.az xəbər verir ki, 507 kludan ibarət reytinq cədvəlində Azərbaycanın 4 təmsilçisi var.
“Qarabağ” əvvəlki reytinqlə müqayisədə 5 pillə geriləyib. Ağdam təmsilçisi hazırda 183,75 xalla 53-cüdür. “Neftçi” də 5 pillə geriləyib. Bakı klubu 59,25 xalla 403-cüdür.
Bu komandadan fərqli olaraq “Zirə” və “Sabah” irəliləyişə nail olub. “Qartallar” 15 pillə irəliləyərək 62,25 xalla 369-cu, “Bayquşlar” isə 17 pillə irəliləyərək 60,75 xalla 388-ci sıraya yükəlib.
Qeyd edək ki, dünya reytinqinə 401 xalla “Mançester Siti” liderlik edir.
