Almaniya

Rəhbərlikdən narazıdır: “Biz bizik” şüarı artıq yoxdur

Lotar Matteus Yulian Naqelsmannın “Bavariya”nın baş məşqçisi postundan istefa verməsinə münasibət bildirib.

Aut.az xəbər verir ki, “Bavariya”nın əfsanəsi klub rəhbərliyini tənqid edib:

“Rəhbər şəxslər son vaxtlar özlərini yaxşı tərəfdən göstərmirlər.

Rummenigge və Hönnesin zamanında klubun əlamətdar xüsusiyyəti olan “Biz bizik” şüarı artıq yoxdur. “Bayern” üçün öz köklərinə qayıtmaq və yenidən ailə olmaq vaxtıdır.

Belə idarəetmədə Naqelsmannın istefası mənim üçün o qədər də sürpriz olmadı”.

Aut.az