Almaniya

Davam, yoxsa tamam qorxusu: Realistdir, başa düşür ki…

“Bavariya”nın hücumçusu Tomas Müller karyerasını davam etdirmək və təqaüdə çıxmaq qorxusu ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, Müllerin sözlərini “Spiegel” sitat gətirib.

“Bu, dayanmaq qorxusundan daha çox davam etmək istəyidir. Adrenalin az olsa da, formada olacam. Mən realistəm və başa düşürəm ki, təqaüdə çıxandan sonra bir daha belə adrenalinlə qarşılaşmayacağam.

Bu, insanın üzləşməli olduğu təzyiqə də aiddir. Mən potensialımı dərk edirəmmi? Öz gözləntilərimi və başqalarının gözləntilərini doğruldurammı? Nə qədər ki, fiziki cəhətdən bu çətinliyin öhdəsindən gəlməyə və mübarizə aparmağa qadir olduğuma inanıram, davam etmək istəyirəm”, – Spiegel Müllerin sözlərindən sitat gətirir.

Bu mövsüm 35 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 31 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2024/2025 mövsümünün sonunda başa çatır. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 6 milyon avrodur.

Aut.az