Xavi İtaliya nəhəngi ilə anlaşır?
“Milan” rəhbərliyi komandanın baş məşqçisi postuna Xavinin namizədliyini nəzərdən keçirir.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Feyenoord”un Çempionlar Liqasından kənarlaşdırdığı və A seriyasında “Yuventus”dan 8 xal geri qalan İtaliya nəhənginin rəhbərliyi komandanın baş məşqçisi Serxio Konseysaoya daha az etibar etməyə başlayıb.
Xavi yayda komandanın yeni baş məşqçisi olmaq üçün bir nömrəli variant hesab olunur.
Xavinin idarə etdiyi son klub “Barselona” olub. O, Milana rəhbərlik etmək fikrinə müsbət yanaşır.
Aut.az
