Prezident əmin etdi: Neymar yox, Messi qayıdacaq
La Liqanın baş məşqçisi Xavyer Tebas Lionel Messi və Neymarın “Barselona”ya mümkün qayıdışı haqda danışıb.
Aut.az xəbər verir ki, Tebasın sözlərini “GiveMeSport” sitat gətirib.
“Düşünürəm ki, Messi “Barselona”ya qayıtmaq istəyir. Orada uzun illər keçirib. Messinin geri dönəcəyinə əminəm. Ola bilsin ki, oyunçu kimi. Amma mən də onun statusda qayıdacağını da istisna etmirəm.
Messi və “Barselona” əl-ələ verir. Onların brendlərinin çoxlu ortaq cəhətləri var. O, kluba aşiqdir.
Neymar tamam başqa hekayədir. Onun heç vaxt “Barselona”ya dönəcəyini düşünmürəm. Mən buna əminəm”, – Tebas deyib.
Aut.az
