90-cı illərin 10 ən yaxşı hücumçusu
Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri 1990-cı illərin ən yaxşı hücumçularının reytinqini dərc edib.
Aut.az xəbər verir ki, birinci yeri Braziliya millisinin, “Barselona” və “İnter”in hücumçusu Ronaldo tutub. İkinci yerdə İtaliya millisinin və “Yuventus”un hücumçusu Roberto Baccio qərarlaşıb. İlk üçlüyü Argentina millisinin və “Fiorentina”nın lideri Qabriel Batistuta tamamlayıb.
1990-cı illərin ən yaxşı 10 hücumçusu:
- Ronaldo, Braziliya, “Barselona”, “İnter”.
- Roberto Baccio, İtaliya, “Yuventus”.
- Qabriel Batistuta, Argentina, “Fiorentina”.
- Marko van Basten, Niderland, “Milan”.
- Erik Kantona, Fransa, “Mançester Yunayted”.
- Dennis Berqkamp, Niderland, “Arsenal”.
- Romario, Braziliya, “Barselona”.
- Alan Şirer, İngiltərə, “Nyukasl Yunayted”.
- Xristo Stoiçkov, Bolqarıstan, “Barselona”.
- Oliver Birhoff, Almaniya, “Udineze”, “Milan”.
Aut.az
