Dünya futbolu

PSJ “Siti”nin ulduzunu hədəfə aldı

Fransanın PSJ klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva uğrunda mübarizəyə qoşulub.

Aut.az xəbər verir ki, ehtimal olunur ki, cari mövsüm portuqaliyalı futbolçu üçün “şəhərlilər”in heyətində sonuncu olacaq.

Kapitanın İngiltərə klubu ilə müqaviləsi gələn yay başa çatır və hazırda tərəflər arasında onun uzadılması ilə bağlı danışıqlar aparılmır.

Mənbənin məlumatına görə, parisli klub yay transfer pəncərəsi açıldıqdan sonra 31 yaşlı yarımmüdafiəçini azad agent kimi heyətinə qatma variantını nəzərdən keçirir. PSJ-dən başqa futbolçuya Türkiyənin “Qalatasaray” və İspaniyanın “Barselona” klubları da ciddi maraq göstərir.

Xatırladaq ki, Bernardo Silva 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir. Cari mövsümdə o, bütün turnirlərdə 38 oyunda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalının qiymətləndirməsinə görə, futbolçunun bazar dəyəri 27 milyon avrodur.