Avropa Çempionatı

Avro-2024: Bir vəsiqə, 2 komanda

Bu gün Avro-2024-ün seçmə mərhələsində son tur start götürəcək.

Aut.az xəbər verir ki,  A, F, G və J qruplarında mübarizə 9 oyunla başa çatacaq.

Bu gün G qrupunda Serbiya və ya Monteneqro final mərhələsinə vəsiqə qazanacaq. Taleyi öz əlində olan serblər evdə autsayder Bolqarıstana məğlub olmasalar, qitə birinciliyində oynamaq hüququ qazanacaqlar. Monteneqro isə Almaniyaya yollanmaq üçün Macarıstanı yenməli və Serbiyanın məğlubiyyətini arzulamalıdır.

Digər qarşılaşamalar isə formal xarakter dayşıayacaq

AÇ-2024: seçmə mərhələ, X tur
19 noyabr

A qrupu
23:45. Şotlandiya – Norveç
23:45. İspaniya – Gürcüstan
Xal durumu: İspaniya – 18, Şotlandiya – 16, Norveç – 10, Gürcüstan – 8, Kipr – 0.

F qrupu
21:00. Belçika – Azərbaycan
21:00. İsveç – Estoniya
Xal durumu: Avstriya – 19, Belçika – 17, İsveç – 7, Azərbaycan – 7, Estoniya – 1.

G qrupu
18:00. Macarıstan – Monteneqro
18:00. Serbiya – Bolqarıstan
Xal durumu: Macarıstan – 15, Serbiya – 13, Monteneqro – 11, Litva – 6, Bolqarıstan – 3.

J qrupu
23:45. Bosniya və Herseqovina – Slovakiya
23:45. Lixtenşteyn – Lüksemburq
23:45. Portuqaliya – İslandiya
Xal durumu: Portuqaliya – 27, Slovakiya – 19, Lüksemburq – 14, İslandiya – 10, Bosniya və Herseqovina – 9, Lixtenşteyn – 0.