Bekhemi Bill Qeytslə əlaqəyə görə qınadı: Onun hansı cinayətləri…
“Sauthempton” və İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Mett Le Tissier ” İnter Mayami”nin sahibi Devid Bekhemi amerikalı sahibkar, milyarder Bill Qeytslə fotoşəklinə görə tənqid edib.
“Ciddisən, niyə? Sən yaxşı futbolçu idin, Devid, amma dünya səviyyəli deyildin. Sən çox, çox yaxşı futbolçu idin, çox yaxşı idin. Bu adamla niyə əlaqə qurursan?
Onun hansı cinayətlər törətdiyini bilmirsən? Düşünürəm ki, bütün bunlar bu səviyyəli insanlar çevrəsinin ayrılmaz hissəsidir”, – “Metro” Le Tissierin sözlərindən sitat gətirib.
Le Tissier daha əvvəl Bill Qeytsin koronavirus pandemiyası ilə bağlı vəziyyətə qarışdığına işarə etmişdi.
Aut.az
