Meydana gözlənilməz qonaq girdi, oyun dayandı – FOTO
Aprelin 21-də Ukrayna çempionatının Birinci Liqasının oyunu zamanı meydana gözlənilməz qonaq girib.
Aut.az xəbər verir ki, qarşılaşmanın əvvəlində meydana it girib. Hakim oyunu dayandırmalı olub.
Gözlənilməz qonaq bir müddət meydanda qalıb. Daha sonra hərbiçilər onu qucaqlarına götürərək meydandan çıxarıblar.
Aut.az





