NBA-da bunu bacaran ilk oyunçu oldu
“San Antonio Spörs”ün oyunçusu Viktor Vembanyama, komandasının minimal hesabla (110:111) uduzduğu “Yuta Cazz” ilə NBA-nın adi mövsüm oyununda tarixi naliyyətə imza atıb.
Aut.az xəbər verir ki, Vembanyama meydanda 33 dəqiqə keçirərək 24 xal (6-sı üçlük) toplaya bilib, həmçinin 16 ribaund və 7 bloklu zərbə vurub. Matçın sonunda onun müsbət-mənfi göstəricisi “+4” olub.
“Stamuse” statistik hesablamalarına görə, Vembanyama tarixdə bir matçda 15+ ribaund toplamağı, 5+ blok zərbəsi yerinə yetirməyi və 5+ üçlük dəqiq atış etməyi bacaran ilk oyunçu olub.
“San Antonio” hazırda 4 qələbə və 6 məğlubiyyətlə Qərb Konfransında 12-ci yerdədir. “Spörs” növbəti oyununu noyabrın 12-də “Sakramento Kinqs”ə qarşı keçirəcək.
Aut.az
