Almaniya Yamala görə İspaniyanı cərimələyəcək? – MÜƏMMA
İspaniya milli komandası 30 min avro cərimələnə bilər.
Aut.az xəbər verir ki, bu barədə Almaniyanın 2DF kanalı məlumat yayıb.
Buna səbəb Lamin Yamalın saat 23:00-dan sonra futbol oynamasıdır. Avro-2024-ün təşkil edən ölkənin qanunvericiliyinə əsasən, 18 yaşdan aşağı yeniyetmələrin saat 20:00-dan sonra işləməsinə icazə verilmir. Bu qanun Almaniyada olan əcnəbi vətəndaşlara da aiddir.
Amma idmançılar üçün müəyyən istisna var. Onların saat 23:00-dək tədbirlərdə iştirakına icazə verilir.
Avro-2024-ün 2-ci turunun İspaniya – İtaliya (1:0) oyunu yerli vaxtla saat 21:00-da başlayıb. Bu isə o deməkdir ki, Yamal stadiondan 23:00-dan gec gedib.
Aut.az
