Avropa Çempionatı

UEFA Polşa – Avstriya matçının ən yaxşısını açıqladı

“Leyptsiq”in və Avstriya millisinin yarımmüdafiəçisi Kristof Baumqartner UEFA tərəfindən Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda Polşa ilə oyunun ən yaxşı oyunçusu seçilib.

Aut.az xəbər verir ki, matçın 66-cı dəqiqəsində hesab 1:1 olarkən 24 yaşlı yarımmüdafiəçi qol vuraraq komandasını hesabda önə keçirib.

Komandalar arasında keçirilən görüş 3:1 hesabı ilə avstriyalıların qələbəsi ilə yekunlaşıb.

Aut.az