UEFA xorvatları cərimələdi
UEFA Xorvatiya Futbol İttifaqını (HNS) cərimələyib.
Aut.az xəbər verir ki, bu barədə HNS-nin saytı məlumat yayıb.
Qeyd olunur ki, Xorvatiya tərəfi Albaniya ilə Avro-2024-ün 2-ci tur matçında (2:2) azarkeşlərin pirotexniki vasitələrdən istifadə edərək meydançaya yad əşyalar atan davranışlarına görə cəzalandırılıb.
Cərimənin məbləği 28 min avro olub.
