İlk UFC turnirinin iştirakçısı vəfat etdi
Aktyor və keçmiş sumo güləşçisi, 1993-cü ildə ilk televiziya UFC döyüşünün iştirakçısı Teylor Uayli (Teyla Tuli) 57 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə “MMA Fighting” məlumat yayıb..
Uaylinin meneceri ölümün təbii səbəblərdən olduğunu söyləyib.
Teylor Samoalıdır. O, Honoluluda anadan olub. 1987-1989-cu illərdə sumoda yarışıb, lakin dizindəki problemlərə görə karyerasını erkən başa vurub. Bundan sonra o, güləşlə məşğul olub və 1993-cü ildə ilk UFC turnirində yeganə MMA döyüşünü keçirib.
Onun özündən 90 kq yüngül olan niderlandlı kikboksinqçi Jerar Qordoya qarşı döyüşü cəmi 26 saniyədən sonra texniki nokautla başa çatıb. Jerar 180 kiloluq Uaylinin başına təpiklə zərbə vurub və dişlərini sındırıb və aperkat edib. Bundan sonra hakim qanaxmaya görə görüşü dayandırıb.
Döyüş sənətini tərk etdikdən sonra Teyolu filmlərdə və seriallarda rol alıb.
