Avropa Çempionatı

Avro-2024-də hansı final gözlənilir: Bukmekerlər açıqladı

Bukmeker kontorları Avropa çempionatının finalda hansı komandaların oynayacağına dair proqnozlar veriblər.

Aut.az xəbər verir ki, hesablamalara görə, turnirin ən çox ehtimal olunan finalı İngiltərə-İspaniya matçıdır, Bu görüşün reallaşması 7.00 əmsal ilə qiymətləndirilir.

Finalda İngiltərə – Almaniya və ya İngiltərə – Fransa cütünü görmə ehtimalı da yüksəkdir. Bu cütlərdən hər biri 7.50 nisbətində qiymətləndirilir.

Analitiklərin fikrincə, ən gözləniılməz final Portuqaliya-Türkiyə matçıdır. Bu komandaların həlledici görüşdə qarşılaşması 35.00 əmsal olaraq qiymətləndirilir.

Qeyd edək ki, İyulun 5-də Avropa çempionatında 1/4 final mərhələsinə start veriləcək. Həmin gün Almaniya – İspaniya və Portuqaliya – Fransa, bir gün sonra isə İngiltərə – İsveçrə və Niderlan – Türkiyə görüşləri keçiriləcək.

Aut.az