İngiltərəAvropa Çempionatı

Şahzadə Uilyamdan Keynə xüsusi hədiyyə – FOTOLAR

İyunun 10-da İngiltərə milli komandası Avropa çempionatında iştirak etmək üçün Almaniyaya yollanıb.

Aut.az xəbər verir ki, ingilis futbolçular təyyarəyə minməzdən əvvəl komandanın kapitanı Harri Keyn qeyri-adi qonağın əlindən xüsusi hədiyyə alıb. “Daily Mail”in məlumatına görə, şahzadə Uilyam yığmanın təlim-məşq bazasına gələrək komandanın bütün 26 futbolçusunun hər birinə xüsusi bağlama verib.

Lakin 30 yaşlı forvard digərlərindən bir qədər çox fərqlənən hədiyyələr alıb. Onun üçün hazırlanan bağlamada İngiltərə millisinin doqquz nömrəli forması və bu nömrə ilə yığmada çıxış edən oyunçuların siyahısı olub.

Keynə həmçinin “Bütün zamanların ən yaxşı bombardiri” sözləri yazılmış xatirə hədiyyəsi və ilk klubu “Ridqvey Rovers”də oynayan zaman çəkilmiş fotoları təqdim edilib.

Keyn İngiltərə millisinin heyətində Avropa çempionatında “9 nömrə”ni geyinən 8-ci oyunçudur. O, 2016 və 2021-ci illərdə keçirilən turnirlərdə də bu forma altında çıxış edib. Ondan əvvəl onu Ser Bobbi Çarlton, Alan Şirer, Ueyn Runi, Devid Conson, Piter Berdsli, Naycel Klof və Endi Kerroll sözügedən formanı geyiniblər.

Xatırladaq ki, Harri Keyn İngiltərə millisində 91 oyunda 63 qola imza atıb.

Aut.az

Şahzadə Uilyamdan Keynə xüsusi hədiyyə - FOTOLAR

Şahzadə Uilyam və Harri Keyn / Getty Images

Şahzadə Uilyamdan Keynə xüsusi hədiyyə - FOTOLAR

Şahzadə Uilyamdan Keynə xüsusi hədiyyə - FOTOLAR