İngiltərə

Kobbiyə azadlıq: Qardaşı oyuna bu şüarla gəldi – FOTO

“Mançester Yunayted” in yarımmüdafiəçisi Kobbi Maynun qardaşı Cordan komandanın “Bornmut”a qarşı oyununu (4:4) izləyib.

Aut.az xəbər verir ki, ingilisin qardaşı stadionda üzərində “Kobbi Mayna azadlıq” şüarı yazılmış formada olub.

Yarımmüdafiəçinin qardaşı futbolçunun bu mövsüm “mankunianlar”da kifayət qədər oyun vaxtı almamasına reaksiya verib.

Bu mövsüm Mayn İngiltərə çempionatında 11 oyun keçirib, lakin bir dəfə də olsun start heyətində meydana çıxmayıb.

Aut.az

Kobbiyə azadlıq: Qardaşı oyuna bu şüarla gəldi - FOTO