İngiltərə

Premyer Liqa klubunda istefa

“Nottingem Forest” klubu baş məşqçi Stiv Kuperin istefasını açıqlayıb.

Aut.az xəbər verir ki, belə qərar uğursuz çıxış səbəbindən verilib. İngiltərə çempionatının son altı oyununda komanda beş dəfə uduzub, bir dəfə heç-heçə edib.

“Vulverhempton”un keçmiş çalışdırıcısı Nuno Santonun yeni baş məşqçi olacağı gözlənilir.

Kuper komandanı 2021-ci ilin payızında, “Nottingem Forest”  Çempionşipdə autsayder olduğu vaxt qəbul edib. Amma mövsümün sonunda komanda Premyer Liqaya vəsiqə qazanıb.

Mütəxəssis azarkeşlər arasında çox populyardır. Bildirilir ki, klub sahibi Kuperi daha əvvəl də işdən çıxara bilərdi, lakin azarkeşlərin fikrini nəzərə alıb.

Aut.az