PSJ-nin futbolçusunun evinə basqın edildi
PSJ-nin ehtiyat qapıçısı Alexandre Letelyenin evinə hücum olub.
Aut.az xəbər verir ki, 4 nəfər şəxs soyğunçuluq məqsədilə onun mənzilinə daxil olub. Hadisə zamanı futbolçuyla yanaşı ailə üzvləri də mənzid də olub. Bu barədə “RMC Sport” məlumat yayıb.
Bildirilir ki, ötən gecə quldurlar evə daxil olaraq, Letelye ailəsindən qızıl-zinət əşyaları və pul tələb ediblər. Cinayətkarların Paris komandasının qapıçısının arvadının üzünə vurduğu vurğulanır.
Lakin hücumdan anında verilən həyəcan siqnalı sayəsində soyğunçular hadisə yerini tərk ediblər. Ailə üzvlərindən biri polisə zəng edə bilib. Nəticədə onlardan üçü həbs edilib. Saxlanılanlardan ikisinin yetkinlik yaşına çatmayan şəxslər olduğu üzə çıxıb. Faktla bağlı araşdırmalar davam edir.
