UEFA-nın tədbirində qalmaqal: Mühafizəçi əfsanəni tədbirə buraxmaq istəmədi – VİDEO
Dekabrın 18-də İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Aut.az xəbər verir ki, tədbir başlamazdan əvvəl gülməli hadisə baş verib. “İnter”in keçmiş kapitanı, hazırda isə vitse-prezident postunu tutan Xavyer Zanetti akkreditasiyasını unudub və mühafizəçi əfsanəni tanımayıb. Nəticədə o, argentinalını püşkatmanın keçirildiyi zala buraxmaq istəməyib. Bununla belə, sonda Zanetti yenə də zala girə bilib
Qeyd edək ki, ÇL 1/8 finalında “İnter” Madrid “Atletiko”suna rəqib olub.
They really wouldn’t let Zanetti into the UCL draw because he didn’t have credentials…🙃
pic.twitter.com/wxLu5DQbUu— Italian Football TV (@IFTVofficial) December 18, 2023
