İtaliya

Balottelli özünü bu kluba təklif etdi

İtalyan hücumçu Mario Balotelli maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, İtaliya mətbuatına verdiyi müsahibədə özünü Valter Mazzarrinin çalışdırdığı “Napoli” klubunda sınamaq istədiyini söyləib:

“De Laurentiis (red – “Napoli”nin prezidenti) yanvarda mənimlə müqavilə imzalaya bilər. Viktor Osimhenin əvəzedicisi olaraq, hələ də onlar üçün bir neçə qol vura bilərəm”.

Hazırda Mario Balotelli Türkiyənin “Adana Dəmirspor” klubunda çıxış edir. Bu mövsüm 33 yaşlı forvard Türkiyə çempionatında 5 matçda 3 qol vurub.