Onların satışından 230 milyon qazanmaq istəyirlər
“Mançester Yunayted” qış transfer pəncərəsində eyni anda 4 futbolçu ilə yollarını ayrmağa hazırdır.
Aut.az xəbər verir ki, söhbət müdafiəçi Rafael Varan, yarımmüdafiəçilər Kazemiro və Ceydon Sanço, eləcə də hücumçu Antoni Marsiyaldan gedir. Bu barədə “Mail Sport” məlumat yayıb.
“Qırmızı şeytanlar” oyunçuların satışından yaxşı pul qazanmağı planlaşdırır. Söhbət 230 milyon funt sterlinqdən gedir.
Mənbənin məlumatına görə, klub direktoru Con Murtauq dekabrın əvvəlində Səudiyyə Ərəbistanına səfər edib və burada “qırmızı şeytanlar”ın oyunçularını almaqda maraqlı ola biləcək yerli klublarla bir sıra danışıqlar aparıb.
“Mançester Yunayted” hazırda Premyer Liqanın turnir cədvəlində lider “Arsenal”dan 11 xal geri qalaraq yeddinci sıradadır.

