İngiltərə

Qvardiola “Real” söz atdı: Ol bilsin ki, Madriddə…

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərədəki iqlimdən və Mançesterdəki həyatdan narazı olan Erlinq Haalandın klubu tərk etməsi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

Aut.az xəbər verir ki, bu tip xəbərləri İspaniya mətbuatı tirajlayır. Qvardiola açıqlamasında “Real”a da söz atıb:

“Bizdə Haalandın bədbəxt olduğu hissi yoxdur. Ola bilsin ki, İspaniya mediası, xüsusən də Madriddə bu məsələ ilə bağlı bizdən daha çox məlumat var”, – Fabritsio Romano “X” sosial şəbəkəsində Qvardiolanın sözlərini sitat gətirib.

Xatırladaq ki, bu yaxınlarda Haaland və nümayəndələrinin norveçlinin fərdi futbol mükafatlarını qazanma ehtimalını artırmaq üçün forvardın peşəkar karyerasını “Real Madrid”də davam etdirməli olduğuna inandıqları barədə məlumat yayılmışdı.

Erlinq Haaland bu mövsüm bütün turnirlərdə klub üçün 23 oyunda 19 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az