“Siti” MY-nin futbolçusunu transfer etmək istəyir
“Mançester Yunayted”in mərkəz yarımmüdafiəçisi Kobbi Maynu başqa Mançester klubuna keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Qreym Beyli məlumat verib.
Məlumata görə, “Mançester Siti” 20 yaşlı istedadlı yarımmüdafiəçini komandaya qatmaqda maraqlıdır. Bildirilir ki, “şəhərlilər” artıq ingilis futbolçunun transferi uğrunda mübarizəyə qoşulub. Maynu isə baş məşqçi Ruben Amorimenin rəhbərliyi altında oyun vaxtından narazıdır.
Cari mövsümdə Maynu bütün turnirlər üzrə 12 oyunda iştirak edib və bir məhsuldar ötürmə edib. Futbolçunun “qırmızı şeytanlar”la müqaviləsi 2027-ci ilə qədərdir. “Transfermarkt” onun dəyərini 40 milyon avro qiymətləndirir.
Aut.az
