Gürcünün gəlişindən narahat olub: Hər həftə oynamaq istəyirəm
“Liverpul”un qapıçısı Keevin Kelleher klubun gürcü qapıçı Giorgi Mamardaşvilini 30 milyon funt-sterlinq qarşılığında almaq qərarından məyus olduğunu dilə gətirib.
Aut.az xəbər verir ki, “qırmızılar” irlandiyalı yetirməsi “Evening Standard”a açıqlamasında bu sözləri deyib:
“Son bir neçə ildə bir nömrəli olmaq istədiyimi bildirdim. Klub başqa qapıçı – Mamardaşvili ilə müqavilə imzalamaq qərarına gəldi Görünür onlar fərqli istiqamətdə hərəkət etmək qərarına gəliblər. Mənim ambisiyalarım aydındır. Kifayət qədər yaxşıyam və hər həftə oynamaq istəyirəm”.
Xatırladaq ki, “Liverpul” “Valensiya”dan 23 yaşlı gürcü qapıçı ilə müqavilə imzaladığını rəsmən açıqlayıb. Qapıçı 2025/2026 mövsümündə İngiltərə klubuna keçəcək və o vaxta qədər “yarasalar”da çıxış edəcək.
Aut.az
