Görün milyonları kimə xərcləyiblər: Əfsanə “Yunayted”i biabır etdi
Peter Şmeyxel “Mançester Yunayted”in transferlərindən narazıdır.
Aut.az xəbər verir ki, “yunayted2in sabiq qapıçısı bu barədə İngiltərə mətbuatına danışıb:
“Komandada uyğun altı nömrə olmadığı, qapıçılarla bağlı problemlər olduğu halda Şeşkoya 70 milyon funt sterlinqdən çox pul xərcləyirsiniz.
Təkcə bu mövsüm qapıçı səhvlərinə görə 9 qol buraxdıq. Mən oynayanda Edvin van der Sar, David De Xea oynayanda məqsəd komandaya 10 xal gətirmək idi, xal vermək yox.
Bəs niyə ehtiyacımız olmayan birini aldıq? Çünki skaut şöbəsinin rəhbəri də “Leypsiqdən” gəlib və özünü sübut etməlidir.
Mənim vaxtımda məşqçi söz sahibi idi. “Bu gəlir, bu gedir” deyərdi. İndi hər şeyi fərqli planları olan müxtəlif insanlar həll edir. Siz belə durumda necə sabit şərait yarada və hər matçda qalib gələ bilən komanda qura bilərsiniz?”
Aut.az
