İngiltərə

Ehtiyac duyulmur: Yayda azad agent kimi ayrılacaq

“Mançester Yunayted”in hücumçusu Antoni Marsial komandada doqquz il keçirdikdən sonra bu yay İngiltərə klubunu tərk edəcək.

Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Rudi Qaletti məlumat verib.

Mənbənin sözlərinə görə, “qırmızı şeytanlar”ın məşqçilər korpusu 28 yaşlı futbolçu ilə hesablaşmır. Mankunianların çalışdırıcısı artıq bu barədə klub rəhbərliyini xəbərdar edib, bundan sonra fransalı ilə əmək müqaviləsinin uzadılması variantının aktivləşdirilməməsinə qərar verilib. Futbolçu azad agent kimi “Mançester Yunayted”dən ayrılacaq. Qeyd olunur ki, hazırda heç bir Avropa klubu forvardın nümayəndələri ilə əlaqə saxlamayıb.

Marsial 2015-ci ildən “Mançester Yunayted”də çıxış edir. Bu mövsüm forvard “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə 19 yarımçıq oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.

Aut.az