İddia: Bu gün şəxsi təyyarə ilə Liverpuldan ayrılır
“Liverpul”un futbolçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Aut.az xəbər verir ki, Mersisayd təmsilçisi 31 yaşlı hücumçunun keçidi üçün “Əl-İttihad”la razılaşıb. Misirli oyunçunun bu gün şəxsi təyyarə ilə sözügedən ölkəyə gedəcəyi gözlənilir. Bu barədə “Okaz Sports” məlumat yayıb.
“Əl-İttihad”ın “Liverpul”a nə qədər pul ödəyəcəyi məlum olmasa da, Salaha mövsümlük 76 milyon avro maaşla üçillik müqavilə təklif etdiyi iddia olunub.
Qeyd edək ki, 2017-ci ildən “Liverpul”da çıxış edən hücumçunun sözləşməsinin müddəti 2025-ci ildə başa çatmalı idi.
