MY-nin sahibi Ronaldonun keçmiş menceri ilə niyə görüşüb?
“Mançester Yunayted”in həmsahibi Cim Ratkliff məşhur portuqaliyalı futbol agenti Xorxe Mendeşlə görüşüb.
Aut.az “The Mirror”a istinadən xəbər verir ki, amerikalı iş adamı ondan mankunianlılar üçün “yeni Mbappe” tapmağı istəyib. Eyni zamanda, başqa ulduz futbolçuların transferi ilə bağlı müzakirələr aparıb.
Əvvəllər Kriştiano Ronaldonun təmsilçisi olan Mendeşin müştəriləri sırasında Bernardo Silva, Darvin Nunyes, Joao Neves və Rafael Leao kimi futbolçularla yanaşı, “Mançester Yunayted”in keçmiş baş məşqçisi Joze Mourinyo da var.
Aut.az
