İtaliyaİngiltərə

“Barsa” onu transfer etmək istəyib, amma alınmayıb – Səbəb bəllidir

“Barselona”nın idman direktoru Deko keçən yay “Mançester Yunayted”in qapıçısı Andre Onanı transfer etməyi planlaşdırıb.

Amma kamerunlunun transferi uğursuzluqla nəticələnib, çünki “blauqrana”nın belə bir transferi başa çatdırmaq üçün kifayət qədər vəsaiti olmayıb.

28 yaşlı Onana 2023-cü ilin yayından “Mançester Yunayted”in oyunçusudur. O, mankunianların heyətində bütün turnirlərdə 55 oyun keçirib, 14-də qapısını toxunulmaz saxlayıb.

Onanın “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Aut.az