Kasemiro satılır? – Ten Haq açıqladı
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq yarımmüdafiəçi Kasemironun satıla biləcəyi ilə bağlı şayiələrə münasibət bildirib.
Aut.az xəbər verir ki, niderlandlı mütəxəssis iddiaları təkzib edib:
“Ümid edirəm ki, hazırda komandada oynamaq istəyən bütün oyunçularımız öz töhfələrini verməyə davam edəcəklər. Artıq Kasemironun karyerasında uğurlu olduğunu görə bilirdik. Keçən mövsüm o, əldə etdiyimiz uğurlarda bizim üçün çox vacib idi. Bu baxımdan, o, formada olanda, “Mançester Yunayted” üçün son dərəcə vacib oyunçudur”.
Qeyd edək ki, mətbuatda Səudiyyə Ərəbistanı klublarının 32 yaşlı braziliyalı futbolçunun xidmətində maraqlı olduğu barədə məlumatlar yayılmışdı.
Aut.az
