İngiltərə

Şokdayam – Əfsanə Amorimin oyun sistemini yıxıb-sürüdü

 “Mançester Yunayted”in sabiq futbolçusu və hazırkı teleaparıcı Qari Nevill “qırmızı şeytanlar”ın oyun strukturunu tənqid edib.

Aut.az xəbər verir ki, Nevillin sözlərini “The Telegraph” sitat gətirib.

“Yunayted”in iki mərkəz yarımmüdafiəçisi arasındakı məsafə heç də eyni deyil. Baxın Fernandes haradadır, Kazemiro haradadır. Bu, futbolun bütün qaydalarını pozur. Bu dəlilikdir.

Komandanın quruluşu dəhşətlidir. Yarımmüdafiədən iki futbolçu ayrılıb. Bu ayıbdır. Bunu ancaq 9 yaşdan aşağı uşaqların oyununda görərsiniz.

Orta sahədəki bu boşluğa baxın. Mən şokdayam”, – Nevill bildirib.

Aut.az