Transferlərə ən çox pul xərcləyən bu klubdur: “Siti” 100 milyon qazanıb – SİYAHI
İngiltərədə transfer pəncərəsi hələ başa çatmayıb, lakin 2024-cü ilin yayında xərclər üzrə lider son iki ildə bu mövqeyini qoruyub saxlayan “Çelsi” olaraq qalır.
Aut.az xəbər verir ki, “mavilər”in bu yay 156,3 milyon funt sterlinq xərclədiyi bildirilir. Bu, “Mançester Yunayted” (153 milyon), “Tottenhem” və “Vest Hem”dən (hər biri 133 milyon) çoxdur.
Satış liderləri isə “Aston Villa” (136 milyon) və “Mançester Siti”dir (126 milyon). Qazanılan xalis gəlirə görə birinci yerdə n hazırkı çempiondur.
Klub 126 milyona futbolçu satsa da, alışa cəmi 33 milyon xərcləyib.
Aut.az

