15 milyon verdilər, “2 dəfə artırın” dedilər
“İnter” argentinalı qapıçı Emiliano Martineslə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “TyC Sports” məlumat yayıb. Bildirilir ki, Milan nəhəngi bir neçə gün əvvəl “Aston Villa”ya 15 milyon avroluq ilk təklifi göndərib.
İtaliya klubunda Martinesə “Mançester Yunayted”ə keçən Andre Onananın əvəzedicisi kimi baxılır.
Mənbənin məlumatına görə, ingilis klubu bu təklifi rədd edib və 2022-ci il dünya çempionu üçün demək olar ki, iki dəfə çox pul almaq istəyir.
Danışıqların davam edəcəyi və “İnter”in təklifi artıracağı gözlənilir.
30 yaşlı qolkiperin “Aston Villa” ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.
Aut.az
